image-reklam-veteninfo
image-bez-nazvaniyabackend

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 dronunu vurduq

image-reklam-veteninfo

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu iddia edib.

Vətəninfo.az xəbər verir ki,

SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, pilotsuz uçuş aparatı İranın vahid hava hücumundan müdafiə sisteminin nəzarəti altında fəaliyyət göstərən aerokosmik müdafiə vasitələri ilə hədəfə alınıb.

Bəyanata əsasən, bu hadisə İran tərəfindən vurulduğu iddia edilən ABŞ istehsalı MQ-9 tipli dronların sayını 54-ə çatdırıb.

Hadisə ilə bağlı ABŞ tərəfinin mövqeyi təqdim olunan məlumatda əksini tapmayıb.

Qeyd edək ki, məlumat SEPAH-ın açıqlamasına əsaslanır və dronun vurulması barədə iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki