image-reklam-veteninfo
image-1backend

SEPAH: “ İranın yeni ballistik raketləri uçuş zamanı hədəfini dəyişə bilir” 

image-reklam-veteninfo

İran Silahlı Qüvvələrinin düşmənin hava hücumundan müdafiə (HHM) sistemlərini aşmaq məqsədilə buraxılışdan sonra trayektoriyasını dəyişə bilən ballistik raketlərlə təchiz olunduğu açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi məlumat verib.

Mohebbinin sözlərinə görə, İranın raket imkanları artıq yalnız əvvəlcədən müəyyən edilmiş bir nöqtədən digərinə zərbə endirməklə məhdudlaşmır. O bildirib ki, İranın bəzi raketləri tam idarəolunandır və uçuş zamanı düşmənin HHM sistemləri qarşısında manevr edərək istiqamətini dəyişə bilir.

SEPAH-ın sözçüsü əlavə edib ki, raket üçün əvvəlcədən hədəf müəyyənləşdirilsə belə, uçuşun ortasında istiqaməti dəyişdirilərək yeni hədəf təyin oluna bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki