image-315297496_426939816311013_314209837130931424_nbackend

SEPAH yenidən İraqın şimalına raket zərbələri endirdi

image-reklam_sirab_01
Bir sıra xəbər agentlikləri İran İnqilab Keşikçiləri Korpusunun İraqıın şimalına raket və artirelleriya zərbələri endirdiyini yazıblar.
Vətəninfo.az xəbər verir ki, SEPAH-a yaxın “Təsnim” xəbər ajansı İnqilab Keşikçiləri Korpusunun noyabrın 14-ü səhər saatlarından başlayaraq İran hökumətinin “separatçı qruplaşmalar” adlandırdığı müxalif kürd təşkilatlarının qərargahlarına hücum edildiyini təsdiq edib.
Məlumatda İraq Kürdüstanı Demokrat Partiyasının qərargahına raketlə, KOMELƏ partiyasının qərargahına isə dronla hücum edildiyi bildirilib.
İran hökuməti ölkədə baş qaldıran kütləvi dinc aksiyaların xarici qüvvələr və müxalif siyasi təşkilatlar tərəfindən planlaşdırıldığını iddia edərək, repressiyalara bəraət qazandırmaq istəyir.
Müxalifət və yuxarıda sözügedən qruplar isə etiraz nümayişlərində əllərinin olduğu barədə hökumətin iddialarının əsassız olduğunu bildirilər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki