image-araikbackend

SEPARATÇI ARUTYUNYAN : Mən Laçından geri çəkilmək siyasətinin əleyhinəyəm-AMMA …

image-reklam_sirab_01

“Hər şeydən asılı olmayaraq, biz  Laçından  yan keçməliyik və mən Laçında  yaşayan soydaşlarımızın imkanlarını çox kiçik hesab edirəm”

 

Vətəninfo.az xəbər verir ki, Xankəndində Rus Sülhməramlıların nəzarət bölgəsində at oynadan separatçı Arayik Arutyunyan Ermənistan mediasına bildirib ki,.Zabux kəndi ilə bağlı  danışıqlar davam edir: “Bu məsələ hələ müzakirə olunmayıb, danışıqlar aparırıq. Hələ də  Zabux ilə bağlı işlərimiz var, bu istiqamətdə danışıqlar davam edir”. Separatçı Arutyunyan bildirib ki, Zabux  ilə bağlı o, Ermənistanın baş naziri Nikol Paşinyana deyib ki, Zabux  məsələsi hələ müzakirə olunmayıb, danışıqlar gedir.

 

O,  laçından geri çəkilmək siyasətinə qarşı olduğunu da bildirib.“Mən özüm də bunun əleyhinəyəm, mayın 18-i həyatımın ən ağır günlərindən biri olub, çünki 1992-ci il mayın 18-də Laçını azad edən, Laçından keçən birinci dəstənin tərkibində olmuşam. Mən özüm də Laçından geri çəkilmək siyasətinin əleyhinəyəm, zəhmət olmasa, yığışıb qərar verək. Biz bu məsələni Təhlükəsizlik Şurasında müzakirə etdik və ən doğrusu hesab etdik, heç kim gizli heç nə etmədi. Qərarımızı ləğv etsək, onda ilk növbədə bunu  Xankəndindəki insanlara bildirməliyik, çünki vəziyyətin dəyişdirilməsi baxımından İrəvanda yaşamayan siyasətçilər və ya məmurlar məsuliyyət daşıyacaq”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki