image-1-128backend

Separatçıları dingildədən rus silahı: “Azərbaycana qarşı mübarizə aparmalıyıq”

image-reklam_sirab_01

Laçın dəhlizi məsələsi yenidən gündəm olub. Vətəninfo.az  xəbər verir ki, Azərbaycan tərəfinin dəhlizlə Qarabağa Ermənistandan silah və sursat daşınmasına dair xəbərlər yayıması erməniləri ciddi şəkildə narahat etməyə başlayıb.

İrəvan hökuməti dəhlizin bağlana biləcəyi əndişəsini KTMT-nin iclasında belə dilə gətirib. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin iclasında bildirib ki, Laçın dəhlizi hazırda tam olaraq Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Üstəlik, Paşinyan onu da iddia edib ki, Azərbaycan Ordusu 5 km-lik razılaşmanın şərtlərini də pozaraq, dəhlizin yaxınlığında hərbi hissələr qurur.

Ermənilərin bu təlaşı, narahatlığı təkcə, yolun bağlanması ilə bağlı deyil. Həm də Qarabağa silah daşımalarının yaxşı nəticə verməyəcəyinin əndişəsidir. Ona görə də, hər platformada bu məsələni qabartmaqla, silah-sursat daşınması məsələsini ört-basıdr etməyə çalışırlar.

Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti isə yazır ki, analoji gərginlik Qarabağda da yaşanır. Nəşrin yazıdığına görə, Xxankəndidəki separatçılar daha çox əndişəlidirlər. Onlar dörd bir yandan bağlanmış bir məntəqədə yaşamağın mümkün olmayacağını artıq dilə gətirirlər. Bu əsnada Qarabağda özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan sözügedən qəzetə açılamasında deyib ki, Azərbaycanın Laçın dəhlizini bağlamaqla bağlı niyyətinin olması qeyri-adi deyil. Onun sözlərinə görə, Bakı hər hansı bir addımı atarkən, niyyətini gizlətmir. “Laçın dəhlizi ilə silah daşınması xəbəri real deyil. Aancaq Bakı müxtəlif addımlar ata bilər. Lakin biz onların hərəkətlərinin qarşısını almağa hazırlaşmalıyıq. Bu prosesə rus sülhməramlılarını, Rusiyanı, Fransanı və ATƏT-i cəlb etməliyik. Əks təqdirdə, Laçın dəhlizi bağlanacaq və Qarabağ anklava çevriləcək”.

P.S. Görünən odur ki, Qarabağdakı erməni separatçıları yenə qudurublar. Rusların onlara verdiyi 5-6 hərbi texnika və silaha güvənərək, “mübarizə aparmaqdan” danışırlar. Lakin anlamırlar ki, Azərbaycan Ordusu Qarabağdakı separatçıların başını bir günə əzəcək gücdədir. Bu axmaqlar, Fərrux əməliyyatından hələ də nəticə çıxarmayıblar. Biz hələ Sarıbaba və “Qisas” əməliyyatından bəhs etmirik. Daha çox itki vermək, daha çox ölmək istəyirlərsə, bizimlə mübarizəyə başlasınlar. Və layiq olduqları da cavabı alsınlar.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki