image-1-120backend

Separatçıların növbəti yalanı: Bu dəfə “flaşmob” keçiriblər

image-reklam_sirab_01

Dünən Xankəndidə keçirilən “mitinq”dən sonra daha da iştaha gələn separatçılar sakit dayanmaq bilmirlər. Xankəndinin mərkəzi meydanına 1-2 min adamı çıxarıb, bununla şou göstərən separatçılar, bu gün də Qarabağda yaşayan karateçi uşaqların “flaşmob”unu təşkil ediblər.

Bildirək ki, “flaşmob” Xankəndi stadionunda baş tutub. Separatçılar iddia edirlər ki, guya, həmin “flaşmob”a 700 karateçi uşaq qatılıb. Tələbləri isə Laçın dəhlizinin “açılması” olub.

Qeyd edək ki, separatçılar bununla bağlı fotolar paylaşıblar. Lakin həmin fotolardan da aydın görünür ki, stadionda 700 yox, heç 70 nəfər də olmayıb. Necə ki, dünən Xankəndidəki “mitinq”ə də “70 min” nəfər gəldiyini iddia etmişdilər.

Ümumiyyətlə, ermənilər yalan içində yaşadıqlarından hər şeyi şişirtməyi sevirlər. Milşəkdən fil düzəltmək üzrə isə peşəkardırlar. Bu “flaşmob” da həmin milçəkdən fil düzəltməkdir. Və bununla göstərməyə çalışırlar ki, guya, Qarabağda 700 karateçi idmançı yaşayır. Halbuki Qarabağın bu başından o biri başına axtarsan, heç düz-əməlli 70 karateçi tapmaq belə mümkün deyil.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki