image-1097545backend

Sergey Lavrov İrəvana səfər edir

image-reklam_sirab_01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Təhlükəsizlik Şurasının  İrəvanda keçiriləcək birgə iclasında iştirak edəcək.

Vətəninfo.az-ın məlumatına görə , bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəis müavini İvan Neçayev məlumat verib.

“Noyabrın 22-23-də Sergey Lavrov Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının, KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasında iştirak edəcək. Tədbir İrəvanda, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası ərəfəsində baş tutacaq”, – deyə o bildirib.

KTMT-nin kollektiv təhlükəsizlik regionunda hərbi-siyasi vəziyyət və təşkilatın fəaliyyəti ilə bağlı fikir mübadiləsi nəzərdə tutulub.

Həmçinin, bir sıra sənədlərin, o cümlədən KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilmiş icmal bəyannamənin təsdiqi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki