image-6388bbf51ce0dbackend

Sergey Lavrov: “Türkiyənin narahatlığını başa düşürük”

image-reklam_sirab_01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Suriya məsələsində Türkiyə ilə bağlanmış müqavilələrdəki bütün öhdəlikləri hələ də yerinə yetirmədiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Sergey Lavrov Rusiyanın 2022-ci ildəki diplomatik fəaliyyəti ilə bağlı keçirdiyi mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.

Suriyanın ən mühüm problemlərindən birinin İdlib məsələsi olduğuna diqqət çəkən Lavrov İdlibdə terrorçuların mövcudluğunun qəbul edilə bilməyəcəyini nəzərdə tutan razılaşmaların həyata keçirilməsinin vacibliyini bildirib.

Lavrov Suriyanın şimal-şərqində “kürdlər” olaraq xarakterizə etdiyi PKK/YPG terror təşkilatı ilə rəsmi Dəməşq arasında münasibətlərin nizama salınmasının vacibliyinə də diqqət çəkərək deyib ki, Türkiyənin bununla bağlı narahatlığını başa düşürük.

ABŞ-ın “Suriyadakı kürdlərdən” ölkənin şərqində yarı dövlət qurmaq və öz təlimatlarını yerinə yetirmək üçün istifadə etmək istəyinin Türkiyə tərəfində də narahatlığa səbəb olduğunu dilə gətirən Lavrov bir müddət əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlunun ona YPG ünsürlərinin Türkiyə sərhədindən çıxarılmasını əhatə edən, 2019-cu ildə Rusiya ilə Türkiyə arasında qəbul edilmiş Soçi razılaşmasını xatırlatdığını deyib.

“Mənim yaxşı dostum, cənab Çavuşoğlu dedi ki, Rusiya hələ də bu müqavilənin (əlaqədar bəndlərinin) hamısını yerinə yetirməyib. Düzdür. Bu, çətin məsələdir”, -deyə Lavrov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki