image-029a0045-745f-47a8-8826-51bee2536ff3backend

“Sərhəd sütunları Emənistanın təhlükəsizlik zəmanətlərinin sütunlarıdır”- PAŞİNYAN

image-reklam_sirab_01

“Biz bu sütunların çoxalması və gücləndirilməsi istiqamətində hər şeyi edəcəyik”.

Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildiirb.
Ermənistanın baş naziri mətbuat konfransında qeyd edib ki, Tavuşda sərhəd zastavaları qanuni əsaslarla yerləşdirilir.

Paşinyan vurğulayıb ki, demarkasiya SSRİ-nin qanuni qüvvəyə malik ən son xəritələri əsasında həyata keçirilir.

“Biz bu xəritədən qorxmuruq . Bu xəritədə çəkinmirik, çünki biz özümüzü konkret xəritə ilə məhdudlaşdırmaq istəmirik, lakin Ermənistanın sərhəd perimetrinin tam demarkasiyası üçün hüquqi bazanı təmin etmək bizim üçün vacibdir”.

Paşinyan bildirib  ki, bu prosesin bir məqsədi var: müharibədən qaçmaq : ” Hazırda işin 90 faizi görülüb. Biz müharibə deyil, sülh istəyirik”.

Paşiniyan  qeyd edib ki, bu Ermənistanın tarixində ilk dəfədir ki, ölkə suveren qərarlarla sülh gündəmini yarada bilir.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki