image-sarkisbackend

Serj Sarkisyanın müəmmalı Qarabağ səfəri: Rusiya “köhnə qvardiya”nı döyüşə atır

image-reklam_sirab_01

Ermənistanın üçüncü prezidenti, Serj Sarkisyan Qarabağa səfərə gəlib.

Vətəninfo.az xəbər verir ki,Serj Sarkisyanın ofisindən bu məlumatı təsdiqləyib.

Serj Sarkisyanın Qarabağa səfərinin səbəbi nədir və Ermənistan Respublikasının üçüncü prezidentinin orada nə qədər qalacağı ilə bağlı İdarə izahat verməyib, daha ətraflı məlumatı sonra verəcəyini vəd edib. Ancaq erməni mediası bu səfərin kritik məqamlarına aydınlıq gətirib. Serj Sarkisyanın birdən – birə Xankəndinə səfəri və bu səfərin Rusiya tərəfindən həyata keçirilməsi haqqında iddialar yayılıb. Erməni mətbuatı iddia edir ki, Rusiya Soçi görüşündən sonra “köhnə qvardiya”nı yenidən iş başına gətirir. Erməni mətbuatı iddia edir ki, milyarder Ruben Vardanyan, nə də Araik Aruthunyan Rusiyanın maraqlarını təmin etmək gücünə malik deyil. İddiaya görə Serj Sarkisyan qondarma rejimin rəhbəri olmaq üçün Xankəndinə gedib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki