image-image_750x_63898aa7b264cbackend

Serob Qasparyan: “Tezliklə Laçın dəhlizi bağlanacaq və Zəngəzur dəhlizi acılacaq”

image-reklam_sirab_01

“Bizə Qarabağ lazım deyildi. Çünki minlərlə erməni əsgərinin ölümü hakimiyyətdə olanlar üçün adi bir şeydir” – Vətəninfo.az xəbər verir ki, bunu ermənilərin “Qara Pantera” təşkilatının prezidenti Serob Qasparyan  deyib.

Serob Qasparyan  bildirib ki, Azərbaycan istədiyinə nail olacaq və Zəngəzur dəhlizini acacaq.

” Nikol Paşinyan ümidsiz acıqlamaları ilə bildirmək istəyir ki, həm Qarabağı, həm də Zəngəzuru itirmişik. Paşinyanın son çıxışları bunu deməyə əsas verir ki, tezliklə Laçın dəhlizi bağlanacaq və Zəngəzur dəhlizi Azərbaycan üçün acılacaq. Sadəcə Paşinyan zamanı uzadır. Amma Azərbaycanın səbri sonsuz deyil. Tezliklə Azərbaycan istəklərinə nail olmasa müharibə başlayacaq. Nikol Paşinyan hökuməti həm siyasətdə, həm də savaş meydanında məğlubdur. Müharibədən əvvəl hökumət adamları  deyirdilər  ki, Qarabağ bizimdir, bu gün  deyirlər ki, Qarabağ heç bizim deyildi, Gorus – Qafan  yolu bizim deyildi. Bunları bilə -bilə niyə müharibəyə girirdin. İndi insanlar arasında təbliğat aparırlar ki, heç Zəngəzur da bizim olmayıb. Yəni bunlar tezliklə Zəngəzuru da verəcəklər. Azərbaycan prezidenti öz cıxışında da dedi ki, biz tezliklə Zəngəzuru tarixi torpaqlarımızı azad edəcəyik” -deyə Serob Qasparyan  bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki