image-reklam-veteninfo
image-1backend

Səudiyyə şahzadəsi Londondakı otel otağında ölü tapılıb – The Telegraph

image-reklam-veteninfo

Britaniyanın “The Telegraph” qəzetinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı kralının uzaq qohumu olan Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ölü tapılıb.

Vətəninfo.az xəbər verir ki, məlumatda deyilir ki, “Səudiyyə şahzadəsi Kensington otelində ölü tapılıb”.

Jurnalın məlumatına görə, 29 yaşlı şahzadənin cəsədi ötən ilin noyabr ayında Kensington rayonundakı bahalı otel otağının vanna otağında tapılıb. O, təmizlik işləri apararkən otel işçisi tərəfindən tapılıb.

Müayinə nəticələrinə görə, mərhumun qanında yüksək konsentrasiyalarda alkoqol və narkotik maddələr aşkar edilib. Meyit müayinəsi şahzadənin ciddi xroniki xəstəliklərinin olmadığını göstərib.

“The Telegraph” qəzetinin məlumatına görə, ölüm ürək tutması nəticəsində baş verib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki