image-1675858544_413771-1backend

Seyran Ohanyanın deputat toxunulmazlığı ləğv olundu

image-reklam_sirab_01

Ermənistan parlamentinin müxalifətçi deputatlarl Seyran Ohanyan və Armen Çarçyana qarşı cinayət təqibinin başlanmasına razılıq verilib.

Vətəninfo.az xəbər verir ki, Ermənistan baş prokurorunun vəsatəti üzrə parlamentdəki səsvermə başa çatıb.

Seyran Ohanyanla bağlı səsvermədə 107 deputatdan 68-nin iştirak etdiyi və onların hamısının onun deputat toxunulmazlığının ləğvinə səs verdiyi bildirilir.
Armen Çarçyana gəlincə, səsvermədə 66 deputat iştirak edib və onların hamısı da prokurorun vəsatətini dəstəkləyib.

Bununla da “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan və həmin fraksiyanın deputatı Armen Çarçyan toxunulmazlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Ermənistan parlamenti iki gündür “Hayastan” müxalifət fraksiyasının lideri, keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət təqibinin başlanması ilə bağlı baş prokurorun vəsatətinə baxırdı.

Ohanyanın nazir olduğu dövrdə (2008-2016) qeydə alınan qanun pozuntularında ittiham olunur: vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda israfçılıq, mənimsəmə və s.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki