image-1backend

ŞİKAYƏTİN İZİ İLƏ: “Karqo Şamil”in adamı sakinlərə divan tutur – VİDEO

image-reklam_sirab_01

Bakı şəhəri, Xətai rayonu, H.Salmani küçəsi 1 ünvanında yerləşən “HALAL-MTK” tərəfindən inşa edilən kompleksin sakinləri çətin vəziyyətlə qarşılaşıblar. Vətəninfo.az-a  edilən müraciətə əsasən, əməkdaşımız bu gün qeyd olunan ünvanda sakinlərlə görüşüb.

image-3 image-4

Görüşdə bina sakinləri bildiriblər ki, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “Halal MTK” tərəfindən inşa edilən binanın sakinləri uzun müddətdir ki, öz problemlərini həll edə bilmirlər.

Belə ki, iş adamı Şamil Heydərov binanı layihədə qeyd olunduğu kimi dövlət orqanlarına təqdim edib, inşaatı qaydalara uyğun həyata keçirsə də, sonradan yaşayış kompleksində qanundan kənar tikinti işləri aparıb.

image-6 image-7

Bu azmış kimi  7 bloklu yaşayış binasının bütün liftlərinə mərətəbələr üzrə kodlar qoyub. Misal qüçün 4 cü mərtəbədə yaşayan şəxs, yuxarı mərtəbəyə və  yaxud da qonşu blokda yaşayan yaxın qohumunun, dostunun evinə getmək üçün liftlərdən istifadə edə bilməz. Bu azmış kimi, indi də kompleksdə  sakinlərin razılığı olmadan “Karqo Şamil”in göstərişi ilə “Korporativ idarəetmə” yaradılıb və bu korporativə  “Burda mənəm Bağdad da kor xəlifə” deyən özünü diktator kimi qələmə verən “Halal MTK”-nın sədri Haqverdi Əsədov  rəhbər təyin edilib. Qeyd edək ki, Haqverdi Əsədov “Karqo Şamil”in ən yaxın adamıdır. İndi  “Halal MTK” bütün  bina sakinlərini talamaqla məşğuldur.

İlkin olaraq bina ilə tanış olduqda, görmək olur ki, 8 bloklu binanın heç bir mərtəbəsi kamera sistemi ilə təmin olunmadığı kimi, bina təhlükəsizlik qaydalarına da  cavab vermir. Belə ki, binanın mərtəbələrarasında yanğından mühafizə sistemlərinin sadəcə adı var. Yaşayış binasının ikinci bərtəbəsi bütövlükdə otelə çevrilib  ki, bu da qanunla ziddir. Eyni zamanda binanın avtomobillər üçün ayrılan dayanacaq parkındakı, yanğından mühafizə sistemləri belə yoxdur.

Haqverdi Əsədov isə bütün bu çatışmamazlıqları görmək, onları aradan qaldırmaq yerinə liftlərə kart sistemləri qoyduraraq insanların yaşayış hüququna müdaxilə etməyə çalışır.

Elə kompleks sakinləri ilə görüşdə də o daha çox liftlərə qoyduğu qanunsuz kartlaşmaya haqq qazandırmağa çalışdı.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki