image-412890609backend

Şimaldan gələn heç bir cırıltı mənə mane ola bilməz 

image-reklam_sirab_01

“Moskva çox yaxşı bilir ki, gürcü xalqının böyük əksəriyyəti mənim tərəfimdədir və geri dönməyimi tələb edir”.

 

Veteninfo.az xəbər verir ki,bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, bildirib. Sabiq prezidnet qeyd edib ki, gürcüstandakı mövcud hakimiyyət Rusiyadan,xüsusən də Rusiya Prezidenti Vladimir Putindən qorxduqları üçün onun Tiflisə qayıda bilməyəcəyi ilə bağlı açıqlama veriblər:“Buna görə hamıya demək istəyirəm: yox, heç kim mənim vətənimə daxili və xarici düşmənlərdən və pis niyyətli insanlardan xilas olmaq üçün geri dönməyimə mane ola bilməz. Tarixi borcumu yerinə yetirəcəyəm. Gürcü xalqının səsini eşidirəm və şimaldan gələn heç bir cırıltı mənə mane ola bilməz. Biz gürcülər çox qürurlu və azadlıqsevər bir millətik, hər kəslə yaxşı münasibətlər qurmaq istəyirik, amma belə bir tonda bir söhbətə dözməyəcəyik”. Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki