image-25backend

Siyavuş Novruzova AĞIR İTKİ

image-reklam_sirab_01

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Novruzov vəfat edib.

BDU-nun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 65 yaşında dünyasını dəyişən M.Novruzov 1973-1978-ci illərdə bu universitetin Filologiya fakültəsində təhsil alıb.

1981-1984-cü illərdə universitetdə aspirant olub.

1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.

Qeyd edək ki, Məmmədəli Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşıdır.

Allah rəhmət eləsin!

Siyavuş NovruzovaAĞIR İTKİ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki