image-reklam-veteninfo
image-1backend

Sloveniya prezidenti: ” ABŞ və İsrailin  İranla müharibəsi səhv idi; Tramp da bunu bilir”

image-reklam-veteninfo

Sloveniya prezidenti Nataşa Pirc Musar ərəb mediasına müsahibəsində ABŞ və İsrailin İrana qarşı müharibəsini “böyük bir səhv” adlandırıb və vurğulayıb: “Məncə, Donald Tramp da bu məsələni başa düşüb”.

Vətəninfo.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalına müsahibəsində Avropanın strateji müstəqilliyinin gücləndirilməsinin vacibliyini vurğulayan xanım Musar Avropanın ortaq müdafiə siyasətinin formalaşdırılması və qitənin ABŞ-dən olan təhlükəsizlik asılılığının azaldılması barədə danışıqların başlanmasına çağırıb.

O, həmçinin Qətərin müharibəyə son qoyulması, eləcə də ABŞ ilə İran arasında razılığın əldə olunması istiqamətindəki vasitəçilik rolunu yüksək qiymətləndirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki