Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov doğulduğu Astara rayonunda istirahət mərkəzi inşa etdirir. Verilən məlumata görə Xaliq Məmmədov Astara rayonu ərazisində 300 hektar ərazini əhatə edən böyük istirahət mərkəzinin tikintisinə 2020 -ci ildə başlayıb. Artıq bu istirahət mərkəzində tamamlanma işləri gedir. Tikinti zamanı bu ərazilərdə olan yaşayış evləri köçürülüb. Köçrülən vətəndaşlara heç bir kompensasiya verilməyib. Xaliq Məmmədovun apardığı tikiti işlərinə isə yaxın qohumu Mahir Məmmədov nəzaərt edir. Astaradan redaksiyamıza göndərilən məlumata görə Mahir Məmmədov şefinin göstərişi ilə bu ərazidə yaşayan 35 ailəni 2020-ci ilin sonlarında ərazidən köçürüb və onlara vəd edilən kompensasiya verilməyib. Bu gün də həmin 35 ailə evsizdir və onlara çatacaq kompensasiyanı gözləyir. Xaliq Məmmədovun inşa etdirdiyi istirahət mərkəzində isə Pakistandan gətirilən ucuz işçi qüvvəsi çalışır. Astarada evlərindən didərgin salınan bu 35 ailə isə iddia edir ki, bu günə qədər onların susmasının səbəbi onlara Xaliq Məmmədovun Mahir Məmmədova vasitəsilə verilən vədləridir. Verilən məlumata görə istirahət mərkəzində tamamlanma işləri gedir və istirahət mərkəzi 2023-cü ilin iyununda təhfil veriləcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Redaksiyadan. Məlumatla bağlı cənab Xalid Məmmədov redaksiyamızın emailinə məqalə dərc olunandan bir gün sonra, yəni 19.01.2023-cü ildə öz mövqeini yazılı olaraq göndərib. Biz də Xalid Məmmədovun mövqeini təqdim edirik:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov dünən saytımızda gedən yazıya münasibət bildirib. Vətəninfo.az-a açıqlamasında bildirib ki, yazıda adı hallanan istirahət mərkəzini o tikmir.
“Astarada istirahət mərkəzi tikmirəm və şəkildə göstərilən tikinti ilə də heç bir əlaqəm yoxdur. Mahir Məmmədov adlı şəxsi də tanımıram və o adda işçim, tanışım yoxdur .” – deyə Xalik Məmmədov bildirib.