image-media-fb_img_1667246156866-ys3umhwzqinc5rl8jbok-620x326backend

“Soçi görüşü ilə bağlı pessimist proqnozlar puç oldu”-Cəmaləddin Quliyev yazır

image-reklam_sirab_01

Soçi görüşü ərəfəsi baş verənlər-separatçıların xüsusi təşkil olunmuş Xankəndi mitinqi, Rusiya Prezidenti Valdimir Putinin Valdayda erməni ictimai rəyini qazanmağa hesablanmış çıxışı və Belarus Prezidenti Aleksandr Lukaşenkonun uğursuz açıqlaması bir zəncirə düzülərək çox uzağa gedən qənaətlər hasil edilirdi.

Görüşdən əvvəl azərbaycanlı siyasətçilərinin rəyləri əksərən inamsızlıq və tənqid ruhunda idi. Görüş Rusiyanın oyunu kimi qiymətləndirilir, Azərbaycan Prezidentinin görüşə getməməsi, gedərsə də, heç bir sənədə imza atmaması tələb olunurdu. Bir qayda olaraq hakimiyyətə loyal yanaşan, hətta Putinə rəğbətini ifadə edən siyasətçilər və ekspertlər belə Prezidentin Soçi görüşünə getməməsi istiqmətində çağırış edirdilər. Etiraf edək ki, sadalanan hadisələr, Fransa və Rusiya, Rusiya və İranın Cənubi Qafqazla bağlı diplomatik addımları arasında açıq sezilən və əleyhimizə olan təhlükəli paslaşma bu narahatlığa müəyyən qədər haqq qazandırırdı. Hətta o da iddia olunurdu ki, Azərbaycan tərəfinin guya imzalayacağı yeni sənədlə rus sülhmərmalılarının Qarabağda qalma müddəti 20 illiyə uzadılacaq; Putin həm Əliyevi, həm də Paşinyanı “Vaşinqton planından” imtinaya vadar edib, Rusiyanın təklif etdiyi 15 bəndlik sülh layihəsini qəbul etdirməyə çalışacaq. Görüş bitib, bu iddiaların əsassızlığı da üzə çıxıb. Təbii ki, bu, Azərbaycanın mütləq qələbəsi deyil. Amma Paşinyanın görüşqabağı sevinclə bəyan etdiyi, Soçidə də Putinlə təkbətək görüşdə dilə gətirdiyi fikirlər, eləcə də Rusiyanın erməni ictimai rəyinə hesablanmış ikibaşlı çağırışları mətndə əksini tapmadı. Putin görüşü sadəcə “gələcək mümkün razılaşmalar üçün çox yaxşı atmosfer yaradan faydalı görüş” adlandırır. Bizim üçün də faydalıdır. Hər şeydən əvvəl ona görə ki, Soçi görüşünü yekun bəyanatı Praqa sammitinində qəbul olunmuş bəyanatın müddəlarınəı təkrarlalyır. Demək, Rusiya tərəfi qarşı çıxmış kimi davrandığı Qərb planı deyilən prosesi qəbul etməyə məcburdur. Azərbaycana yuxarıda sadalanan və hakimiyyətə loyal insanları belə tərəddüdlü fikirlər səsləndirməyə məcbur etmiş təzyiqlər fonunda bu nəticə uğur sayıla bilər. Amma o fikirlə razıyam ki, uyğun şərtlərin yekun sənədə çevrilməsini sürətləndirmək üçün maksimum diaplomatik fəallıq göstərilməli, Ermənistanın bölgədə qalmaq istəyən Rusiyanın və digər geosiyasi qüvvlərin bölgəyə gəlişinə mane olmaq istəyən İranın əlində vasitəyə çevrilməsini fakt kimi təsbit edib Cənubi Qafqazda maraqlı olan digət qlobal oyunçularla, xüsusən Qərblə münasibətlərin quurlmasında bu faktdan lehimizə maksimum istifadə edilməlidir.

image-camall24

Cəmaləddin Quliyev

Xüsusi olaraq Vətəninfo.az üçün 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki