image-russian-president-putin-holds-meeting-of-victory-organizing-committeebackend

Soçidə hansı məsələlərdə razılığa gəlinmədi?

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin ev sahibliyi etdiyi Azərbaycan və Ermənistan liderləri Soçidə keçirilən üçtərəfli görüşdə bəzi məsələlərdə razılığın əldə olunmadığını bəyan etsə də, onlar haqqında danışmaqdan imtina edib.

Vətəninfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki,üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında Putin vurğulayıb ki, razılaşma əldə olunmayan məsələlər çox incə və həssasdır. “Bəs razılığa gəlmək mümkün olmayan məsələlər? Onlar haqqında danışa bilərikmi? Bəli, mümkündür, amma lazım deyil, çünki onlar hələ həll olunmayıbsa, o zaman, məncə, mətbuatın, cəmiyyətin diqqətini onlara yönəltmək lazım deyil. Sakit və qapalı rejimdə razılığa gəlmək lazımdır. Bunlar hər iki tərəf üçün çox incə, həssas məsələlərdir. Mən isə həmkarlarımla razılaşmadan onları təqdim etmək hüququnu öz üzərimə götürməyəcəyəm”, – Putin bildirib.

Rusiya Federasiyasının prezidenti Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və demarkasiyası məsələsinə toxunaraq deyib ki, sərhədlərin demarkasiyası və delimitasiyası ən vacib məsələdir: ” Təbii ki, biz bu gün bu barədə çox danışdıq və ümumən yolun tapılmasının müəyyən ilkin şərtləri var. Bugünkü bəyanatı diqqətlə oxusanız, orada ilkin qiymətləndirmələri görərsiniz… yaxşı, əlbəttə ki, razılaşmalar olmasa, bu razılaşmaların ola biləcəyi ilkin şərtlərdir”.. Vladimir Putin  əlavə edib ki, onlar Sovet İttifaqı Ordusunun Baş Qərargahının onların sərəncamında olan xəritələrini təqdim etməyə hazırdırlar: “Anladığımız kimi, onlar ən dəqiq xəritələrdir. Biz hər iki tərəflə müzakirə edərək, bu əsasda irəliləməyə hazırıq. Biz razılaşdıq ki, bu təmaslar, bu danışıqlar, məsləhətləşmələr davam edəcək”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki