image-333333backend

ŞOK FAKTLAR: Paşinyan öz otağının təmirini oğlunun şirkətinə tapşırıb 

image-reklam_sirab_01

“Ermənistanın baş naziri Nikol Paşinyanın adı daha bir qalmaqalda hallanır. Belə ki, Nikol Paşinyan Ermənistan Baş Nazirinin Aparatının inzibati binasının yenidən təmir olunması üçün müqaviləni öz oğlunun şirkəti ilə bağlayıb” –Vətəninfo.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Baş Nazirin Aparatının bina şəraitinin yaxşılaşdırılması üçün tenderi  Baqrat Badalyan və Taron Çaxoyanın “Samproject” MMC ilə qazanıb. Erməni mediası iddia edir ki, bu şirkət əslində Nikol Paşinyanın oğlu Aşot Paşinyana məxsusdur. Belə ki, nizamnamə kapitalı 100 ABŞ dolları olan şirkət 2022-ci ilin iyununda qeydiyyatdan keçib. Şirkət  Aşot Paşinyana məxsus olsa da, rəsmi sənədlərdə Taron Çaxoyanın adı qeyd edilir. Belə ki, inzibati binanın təmiri üçün 4 milyon ABŞ dolları  dəyərində müqavilə imzalayıb.

Müqavilə sentyabrın 1-də imzalanıb, tikinti işləri müqaviləyə əsasən müqavilənin qüvvəyə mindiyi gündən başlayır və 100 iş günündən sonra başa çatır.

Lakin noyabrın 16-da şirkətlə əlavə müqavilə imzalanıb və bu müqavilə ilə məbləğ artırılıb və işlərin başa çatma tarixi dekabrın 25-nə təyin edilib. Şirkətlə imzalanan müqavilənin qiyməti əvvəlki müqavilədən daha 1 milyon dollar artırılıb.

image-314986999_3359592150983897_8189921893140038649_n

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki