Bu hadisədən sonra Qarabağda yaşayan ermənilərin panikaya düşdükləri məlum olub. Yolun 3 saat bağlı qalmasından sonra açıqlama verən separatçıların nümayəndələri də etiraf ediblər ki, Xankəndi və ətraf rayonlarda panika var və əhalini sakitləşdirmək üçün addım atırlar. Lakin görünən odur ki, onların tədbirlərinin heç bir faydası olmayıb. Əksinə, Qarabağdakı ermənilər əmlaklarını sataraq, ərazini tərk etməyi sürətləndiriblər.Erməni mediasının məlumatına görə son üç gün ərzində Xankəndində evlərin qiməti kəskin aşağı düşüb. Bunu erməni bloger Anuş Karapetyan Azadlıq radiosunun erməni xidmətinə bildirib ki, insanlar kütləvi şəkildə Qarabağı tərk edir.
“Son iki gündə insanlar kütləvi şəkildə Qarabağdan gedirlər. Xankəndindən taksi fəaliyyəti göstərən şirkətlər qiymətləri tələbata görə bir neçə dəfə qaldırıb”- Anuş Karapetyan bildirib.