Lionel Messi dünən Fransa çempionatında “Loryan”a 1:3 hesablı məğlubiyyətdən bir neçə saat sonra PSJ-nin düşərgəsini tərk edərək Səudiyyə Ərəbistanına yollanıb. Vətəninfo.az xəbər verir ki, Messi bu barədə klub rəhbərliyinə məlumat verməyib, nəticədə o, iki həftəyə yaxın komandadan uzaqlaşdırılıb. “Əl İtifaq”ın baş məşqçisi Antonio Kasorla, xatırladaq ki, PSJ-nin hücumçusu Lionel Messinin Səudiyyə Ərəbistanı liqasına mümkün transferindən danışıb.