Türkiyə indiki neft ehtiyatından 2 dəfə çox neft yatağı tapıb. Vətəninfo.az xəbər verir ki, bu iddia ilə “Sabah” qəzetinin yazarı Yavuz Donat çıxış edib.
Jurnalist iddia edib ki, bu şad xəbəri Prezident Rəcəb Təyyub Ərdoğan yaxın günlərdə açıqlayacaq.
“Şırnakda yerləşən və son illər qarşıdurmalarla gündəmdə olan Qabar dağı ətrafında böyük ehtiyyata malik neft yataqları tapılıb. Ərazidə çoxsaylı texnika və səlahiyyətli şəxslər çalışır. Bu Türkiyə iqtisadiyyatının inkişafına səbəb olacaq” -jurnalist qeyd edib.