image-6666666666backend

ŞOK İDDİA: Yunanıstan  Türkiyə qarşısında geri çəkildi

image-reklam_sirab_01

Yunanıstanın baş nazirinin diplomatik ofisinin direktoru Anna-Mariya Buranın Türkiyə prezidentinin nümayəndəsi İbrahim Kalın ilə gizli görüşü Brüsseldə baş tutub.Vətəninfo.az xəbər verir ki, bu iddia ilə yunan mətbuatı çıxış edib. Yunan mətbuatı iddia edir ki, Yunanıstan Türkiyə qarşısında geri çəkilməyə məcbur olub.

“Cümə günü İbrahim Kalın və Anna-Mariya Bura Brüsseldə ən ciddi məxfilik şəraitində görüşdülər. Onlar Almaniya kansleri Olaf Şolzun diplomatik müşaviri Yens Plötnerin iştirakı ilə danışıblar”, – deyə yunan qəzeti yazır və görüşün gərginliyin və təhdidlərin sürətlə artmasına baxmayaraq baş tutduğunu qeyd edir.

“Almaniyanın Avropa İttifaqındakı Nümayəndəliyinin ofisində açıq gündəmlə, heç bir ilkin şərt qoyulmadan danışıqlar aparılıb ki, hər bir tərəf qarşı tərəfin ikitərəfli münasibətləri bərpa etmək niyyətlərini araşdıra bilsin. Onlarda Olaf Şolzun diplomatik müşaviri və Almaniyanın Afinadakı keçmiş səfiri Yens Plötner iştirak edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki