image-download-3backend

Şolz qələbəyə qədər Ukraynanı dəstəkləyəcəyinə söz verib:”Bizi heç kim qorxuda bilməz ”

image-reklam_sirab_01

“Almaniya və onun müttəfiqləri müharibədə qələbəyə qədər Rusiya Federasiyasına qarşı mübarizədə Ukraynanı dəstəkləməyə davam edəcəklər.” –Vətəninfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Berlin Təhlükəsizlik Konfransında bildirib .

“Biz Ukraynaya lazım olan qədər dəstəyimizi davam etdirəcəyik: iqtisadi, maliyyə, humanitar, dağılmış enerji infrastrukturunun bərpası, eləcə də silahlarla”, – kansler vurğulayıb.

Bununla yanaşı, kansler Ukraynadakı müharibənin almanlara da təsir etdiyini etiraf edib.

Onun sözlərinə görə, Ukrayna qanuni özünümüdafiə hüququndan istifadə edə bilməlidir. Lakin bu, həm də Avropa təhlükəsizlik arxitekturasının qorunmasına xidmət edir, Scholz bildirib. O, əmindir ki, Rusiya Federasiyası başladığı müharibədə qalib gələ bilməz və olmayacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki