Şabran rayonunda 65 yaşlı dul qadın zorlanıb.
Veteninfo.az-ın əldə etdiyi məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən cinayət işi üzrə məhkəmədə elan olunub.
Belə ki, 1983-cü il təvəllüdlü Mahir Qadirov (ad, soyadı şərti) gecə saatlarında sərxoş vəziyyətdə rayonun kəndlərindən birində yaşayan, əri ölmüş, yeganə övladı isə həqiqi hərbi xidmətdə olmuş Səhər Gözəlovanın (ad, soyadı şərti) yaşadığı evə gedib.
O, zərərçəkmişin yaşadığı evinin həyətində olan zaman açıq eyvan vasitəsi ilə qadının yataq otağın daxil olub. Mahir Səhərə onunla cinsi əlaqədə olmağı təklif edib. Qadın isə qəti şəkildə kişinin təklifini rədd edib. Bu zaman Mahir Səhəri öldürməklə hədələyib, ona qarşı zor tətbiq edərək əlləri ilə boğazını sıxıb döşəməyə yıxıb, saçlarından tutarq sürüyüb, dişləri ilə bədəninin müxtəlif nahiyələrindən dişləyib. Daha sonra Mahir evdə tək yaşayan dul qadını bir dəfə zorlayıb.
Hadisədən sonra Qənirə polis əməkdaşlarına müraciət edib və kişi saxlanılıb.
Mahir barəsində Cinayət Məcəlləsinin 149.1-ci (Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə Mahir Qadirov ona elan olunmuş ittiham üzrə tam təqsirli bilməyib. O, ifadəsində göstərib ki, həmin gün dostları ilə birgə spirtli içki qəbul edib, hadisə anını xatırlamır: “Bir daha səhər saat 4 radələrində evimizin arxasında ayılmışdım. Üzərimdə heç bir xəsarət olmamışdır. Səhəri isə tanımıram, onun evinə getməmişəm və qadını zorlamamışam”.
Lakin Mahir Qadirov istintaq ifadəsində sərxoş vəziyyətdə Səhər Gözəlovanın evinə gedərək onu zorladığını etiraf edib.
Səhər Gözəlova da məhkəmədə dindirilən zaman Mahir Qadirov tərəfindən zorlandığını təsdiqləyib.
Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Mahir bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.