Azərbaycanın diplomatik korpusunda yüksək səviyyəli yerdəyişmə və təltifetmə prosesi həyata keçirilir. Möhtəbər mənbələrdən Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Özbəkistan Respublikasına yeni səfir təyin olunacağı gözlənilir.
Bu kadr dəyişikliyiyin səbəbi isə Özbəkistanda uzun illər uğurla fəaliyyət göstərən səfirimiz Hüseyn Quliyevin diplomatik missiyası başa çatmasıdır.Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla, Hüseyn Quliyev Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli və səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Təyinatla bağlı rəsmi sərəncamın və proseslərin yaxın zamanda geniş ictimaiyyətə açıqlanması gözlənilir.
Vətəninfo.az


























