image-reklam-veteninfo
image-korpubackend

SON DƏQİQƏ:Bakı-Qəbələ yolunda körpü və tunel tikintisi NƏ ÜÇÜN DAYANDIRILDI?RƏSMİ AÇIQLAMA

image-reklam-veteninfo

Son günlər Bakı-Qəbələ yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində inşa edilən körpü və tunel tikintisində işlərin dayandırılması ictimaiyyətdə və sosial şəbəkələrdə müxtəlif müzakirələrə, eləcə də haqlı suallara səbəb olub.

Yayılan iddialara görə, tikintinin dayandırılmasına səbəb körpünün dayaqlarlarının quraşdırıldığı ərazidə ciddi sürüşmə təhlükəsinin yaranmasıdır.

Məsələyə aydınlıq gətirmək üçün Vətəninfo.az olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, işlərin dayandırılması heç də ərazidə  sürüşmə təhlükəsi ilə əlaqədar deyil.

“Tikinti işləri tamamilə texniki səbəblərdən müvəqqəti olaraq dayandırılıb. Burada hər hansı sürüşmənin baş verməsi ilə bağlı səsləndirilən iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Əgər ərazidə elə təhlükəli bir hal olsaydı, dərhal aidiyyəti  orqanlar və mütəxəssislər tərəfindən rəsmi açıqlamalar verilərdi.”– deyə Anar Nəcəfli  bildirib.

Anar Nəcəfli tikinti işlərinin nə zaman yenidən bərpa olunacağı məsələsinə də toxunaraq qeyd edib ki, hələlik tikintinin nə zaman başlayacağı məlum deyil.

Vətəninfo.az olaraq mövzunu diqqətdə saxlayırıq.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki