Amerikanın JPMorgan Chase & Co bankına görə, G7 ölkələri Rusiya neftinə limit qiymətləri tətbiq edərsə, bu, neftin tədarükünün azalmasına səbəb olacaq. Bu fonda neftin bir barelinin qiyməti 380 dollara qədər qalxa bilər.
Vətəninfo.az xarici mediaya istinadən xəbər verir ki, JPMorgan analitikləri xəbərdarlıq ediblər ki, əgər ABŞ və Aİ sanksiyaları Rusiyanı cavab olaraq yanacaq istehsalını azaltmağa məcbur edərsə, qlobal neft qiymətləri bir barel üçün 380 dollara qədər yüksələ bilər.
G7 ölkələri hazırda Vladimir Putinin döyüş maşınına təzyiqi artırmaq üçün Rusiya neftinin maksimum qiymətini məhdudlaşdırmalı olacaq mürəkkəb mexanizm hazırlayır.
Məlumata görə, Nataşa Kaneva da daxil olmaqla, JPMorgan analitiklərinin fikrincə, Rusiyanın kifayət qədər möhkəm fiskal mövqeyini nəzərə alsaq, o, cavab olaraq onun iqtisadiyyatına maddi ziyan vurmadan neft hasilatını gündə 5 milyon barel azaltmağa imkan verə bilər.
Bu arada, dünyanın qalan hissəsi üçün Rusiyanın neft hasilatını belə kəskin azaltması ciddi nəticələrə səbəb ola bilər. Hasilatın sutkada 3 milyon barel azalması neftin dünya birjasında bir barelinin qiymətinin 190 dollara qədər artması ilə nəticələnəcək. Vəziyyət ən pis ssenari üzrə inkişaf edərsə, yəni Rusiya neftinin hasilatı sutkada 5 milyon barrel azaldılsa, qiymət “üzü yuxarı” 380 dollara qalxa bilər.
“Ən açıq və ehtimal olunan risk odur ki, Rusiya neft ixracını aşağı salmaqla qiymət məhdudiyyətlərinə cavab verə bilər” deyən bankın analitikləri: “Rusiya hökumətinin Qərbə zərər vermək üçün hasilatın azaldılması ilə cavab verməsi ehtimalı var.