image-qaz-putinbackend

SON DƏQİQƏ: Hollandiya Rusiyaya qarşı sanksiyaları geri götürdü

image-reklam_sirab_01

Ukraynanın fevralın 24-də başlayan işğalından sonra 27 Avropa ölkəsi Rusiyaya qarşı sanksiya tətbiq etmək qərarına gəlib. Qərb Rusiyanı iqtisadi cəhətdən çətin vəziyyətdə qoyub müharibəni bitirməyi hədəflədiyi halda, Putin ən böyük kozırını oynadı və Qərbin qazını kəsdi. Bu inkişaflar fonunda Avropada təbii qaz qiymətləri təxminən yüzdə 500 artarkən, çox danışılacaq bir qərar Hollandiyadan qaranlıq qışdan əvvəl gəldi. Hollandiya Rusiyaya qarşı sanksiyalardan çıxdı.

Vətəninfo.az   xarici KİV-nə istinadən xəbər verir ki, Hollandiyanın ləğv etdiyi sanksiyalar aşağıdakılardır:

Rusiyaya qarşı tətbiq edilən 91 sanksiyadan geri çəkilib.
Rusiya bayrağı altında üzən 34 gəmiyə tətbiq edilən sanksiyalar aradan qaldırılıb və onların Hollandiya limanlarına yanaşmasına icazə verilib.
Dondurulan 13 Rusiya aktivi sahiblərinə qaytarılıb.
25 Hollandiya şirkətinə Rusiyanın qaz nəhəngi “Qazprom”dan təbii qaz və enerji sövdələşməsinə icazə verilib.
150 Rusiya vətəndaşına, şirkətlərə, bələdiyyələrə, qurumlara və təhsil müəssisələrinə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılıb.
13 qeyri-hökumət təşkilatına qarşı sanksiyalar ləğv edilib və “Rusiya ilə Aİ arasında dialoqun qurulmasına yardım etmək” üçün qanuni icazələr verilib.
Hollandiya şirkətinə Rusiya şirkətlərindən və dövlətdən ödəniş almağa icazə verildi, sanksiyalar qaldırıldı.

Qeyd edək ki, Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra bir çox dünya dövlətləri, o cümlədən 27 Avropa Birliyi ölkəsi Rusiyaya qarşı iqtisadi sanksiyalar və embarqolar tətbiq etmək qərarına gəlib. Rusiya isə bu sanksiyalara cavab olaraq təbii qaz klapanını bağladı. Çinin Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracını dayandırması nəticəsində Avropaya gedən təbii qazın ümumi həcmi 45 faiz azalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki