image-ilham-eliyev-veteninfobackend

SON DƏQİQƏ: İlham Əliyev İsrailə gedirSƏFƏRLƏ BAĞLI XƏBƏR VAR

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bu haüda məlumatıaawsat.com saytı yayıb.

Sayt yazır ki, İsrailin xarici işlər naziri Eli Koen azərbaycanlı həmkarı Ceyhun Bayramova İsrailimage-ilham-eliyevin bu il Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Təl-Əvivdə açılacaq səfirliyinin açılışı münasibətilə qəbul etmək ümidini çatdırıb. Telefon danışığında Koen azərbaycanlı həmkarına ölkəsinin İsraildə səfirliyinin açılması ilə bağlı əvvəlki qərarına görə təşəkkür edib və onu İsraildə səfirliyin açılması üçün Təl-Əvivə səfərə dəvət edib.

 

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin başlanğıcı. 1992-ci ildən başlayır.
2012-ci ildə Azərbaycan Tel-Əvivdə ticarət ofisi, ardınca 2022-ci ildə turizm ofisi açdı və bu il İsraildə  əhalisin çoxluğunu şiə məzhəbindən olan ilk ölkə olacaq ki,səfirlik açır.

Nazir Koen deyib: “Səfirliklərin açılması iki xalq və iki ölkə arasında əlaqələrin dərinləşməsi yolunda mühüm addımdır və bu, bir çox sahələrdə əməkdaşlığı genişləndirəcək”. Koen həmkarına deyib ki, o, “Azərbaycanı yaxın dost və mühüm regional lövbər hesab edir”. O, əlavə edib: Azərbaycan dinlərə qarşı tolerantlıq siyasətinə və ölkədə qədim yəhudi icmasının mövcudluğuna görə İsraildə çox məşhur ölkədir. Digər məsələlərlə yanaşı, iki nazir regional vəziyyəti müzakirə etiblər.
Azərbaycan son illər israillilər üçün mühüm turizm məkanı olub və hər il təxminən 50 min ziyarətçi Azərbaycana axın edir.İki ölkə arasında turizm, ticarət, aviasiya və təhlükəsizlik sahələrində əməkdaşlıq sazişləri var və İsrailin neft idxalının təxminən 40 faizini Azərbaycan təmin edir.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki