image-qatil-pakistanbackend

SON DƏQİQƏ: İmran Xanı yaralayan silahlı həbs edildi/VİDEO

image-reklam_sirab_01

Vətəninfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, seçki kampaniyası çərçivəsində tərəfdarları ilə paytaxta doğru yürüşə başlayan Pakistanın keçmiş baş naziri İmran Xanın karvanına silahlı hücum edilib. Hücuma mühafizəçilər cavab verərkən, Xan ayağından yaralanıb. Rəsmi açıqlamada hücumun planlı sui-qəsd olduğu, lakin müvəffəqiyyətsiz olduğu bildirilib.

Məlumata görə, oktyabrın 28-də tərəfdarları ilə Lahordan paytaxta yola düşən Pakistan Ədalət Hərəkatının (PƏH) lideri Xan Qakar Mandi şəhərinə çatıb. PƏH lideri Xan burada etdiyi çıxışında “Heç kim İslamabadda hərəkatimizın sona çatacağını düşünməsin. Bu addımımız seçkilərə qədər 10 ay davam edəcək”- deyib. PƏH-in baş katibi Əsəd Ömər də noyabrın 11-də İslamabada çatacaqlarını bildirib.

Xana hücum yürüş əsnasında edilib

Lakin PƏH-nın seçki yürüşü zamanı gözlənilməz hadisə baş verib. Xanın seçki karvanı irəliləyərkən konvoya atəş açılıb. Xanın mühafizəçiləri cavab atəşi açsalar da, keçmiş baş nazir yaralanmaqdan xilas olmayıb. Ayağından yaralanan Xan dərhal xəstəxanaya aparılıb. Açılan atəşdən digər insanların da yaralandığı paylaşılıb.

image-pakistan-xan

“BU BİR SUİQƏSDİR”
Hadisədən sonra PƏH rəsmiləri tərəfindən edilən açıqlamada hücumun birbaşa İmran Xanı hədəf alan sui-qəsd olduğu bildirilib. Açıqlamada mühafizəçilərin yerindəcə müdaxiləsi nəticəsində təşəbbüsün baş tutmadığı bildirilib.

İmran Xanı yaralayan şəxs həbs edilib

image-qatil-pakistan
Digər tərəfdən, hücum edən şəxs qısa müddətdə yaxalanarkən, Pakistan Baş naziri Şahbaz Şərif Daxili İşlər Nazirliyinə təcili araşdırma əmri verərək hücumu pisləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki