image-1567087054backend

SON DƏQİQƏ: Məşhur hakim vəfat etdi

image-reklam_sirab_01

Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib. Vətəninfo.az xəbər verir ki, tanınmış hakim Mahir Muradov əmək fəaliyyətinə 1973-cü ildən başlamışdır. Həmin ildən 1979-cü ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi orqanlarında çalışmışdır. 1979-cu ildən 1983-cü ilədək “Xəzərneftqazdonanma” İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildən başlayaraq 2012-ci ilədək Prokurorluq orqanlarında stajor, böyük müstəntiq, şöbə prokuroru, prokuror vəzifələrində işləmişdır. 2004-cü ildən 2012-ci ilə qədər Bakı şəhəri Nizami rayon prokuroru vəzifəsində çalışmışdır.

16 oktyabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tatixli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 – 2018)” yubiley medalı ilə təltif edilmişdir.

Qeyd edək ki, Mahir Muradov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalası oğlu idi.

Allah rəhmət eləsin!

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki