image-img-20230113-wa0051backend

SON DƏQİQƏ: Moldovadakı səfirimizdən bu şəxslə bağlı açıqlama

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,sosial şəbəkələrdə Azərbaycan vətəndaşı Keylan Eldar oğlu Bəyalıyevin imkansızlıqdan Moldova Respublikasından Azərbaycana qayıda bilməməsi ilə bağlı video yayılıb.Videoda Keylan Bəyalıyev bildirir ki, ona səfərlik kömək etsə, Azərbaycana qayıda bilər.

Məsələ ilə bağlı Vətəninfo.az  olaraq,  Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla əlaqə saxladıq.

Səfir bildirdi ki, adı çəkilən şəxs 2022-ci ilin noyabrın sonunda alkoqollu içki alüdəçisi olaraq, həddindən artıq spirtli içki qəbul etdikdən sonra dünyasın dəyişib: “Adı çəkilən şəxs içki aludəçisi olub. Kişinyov da azərbaycanlıların işlədiyi bazarda yaşayıb.Ordakı soydaşlarımız ona baxıblar. Hətta biz onu Azərbaycana bir neçə dəfə göndərmək istədik. Amma Keylan Bəyalıyev Azərbaycana getməkdən imtina etdi. Bir məsələni də deyim ki, hətta ailəsi belə onu aparmaq istəməyib. Biz yenə də onu göndərməyə cəhd etdik. Ancaq getmədi”.

Səfir vurğulayıb adı çəkilən şəxs ötən ilin noyabr ayının sonunda həddindən artıq spirtli içki qəbul etdiyindən dünyasını dəyişib: “Səfirlik bu haqda məlumat aldıqdan sonra, Bəyalıyev Keylan Eldar oğlunun cənazəsi 16.12.2022-ci ildə Kişinyovdan Türk Hava Yolları ilə Azərbaycana göndərilib və 17.12.2022-ci ildə cənazə Bakıya çatıb. Bakıda da ailəsinə təhvil verilib”.

Qüdsi Osmanov vurğulayıb ki, cənazənin göndərilnə xərclərini bütövlükdə Azərbaycan səfirliyi qarşılayıb.

http://https://youtube.com/shorts/N2kMikpMqf0?feature=share

 

image-img-20230113-wa0052 image-img-20230113-wa0050 image-img-20230113-wa0048 image-img-20230113-wa0049 image-img-20230113-wa0047 image-img-20230113-wa0045 image-img-20230113-wa0046 image-img-20230113-wa0044 image-img-20230113-wa0043 image-img-20230113-wa0042 image-img-20230113-wa0041 image-img-20230113-wa0040

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki