Portuqaliyalı mütəxəssis Joze Mourinyo Barselonaya (İspaniya) gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə El Chiringuito telekanalı məlumat yayıb.
Hava limanında məşqçi gələcəyi ilə bağlı qərar verib-vermədiyini soruşduqda başını tərpətdi. Mourinyodan konkret “Barselona”nın meneceri haqda sual verildikdə gülümsədi.
Bundan əvvəl Xavinin postundan uzaqlaşdırılacağı təqdirdə “Barselona”nın baş məşqçisi postuna mümkün namizədlər arasında Joze Mourinyonun da olduğu bildirilirdi. “Barselona Atletik”ə başçılıq edən Rafael Markes də iddialılar arasındadır.
Xatırladaq ki, “Roma” yanvarın 16-da Mourinyonu baş məşqçi postundan uzaqlaşdırdığını açıqlamışdı. Mütəxəssis 2021-ci ilin yayından Roma klubuna rəhbərlik edib.