image-demir-yolubackend

SON DƏQİQƏ: Naxçıvan Dəmir Yolları MMC-də yoxlamalar başlayır-NAZİR MÜAVİNİ NAXÇIVANA GETDİ

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Naxçıvan Dəmir Yolları MMC-nin fəaliyyəti, Naxçıvan Dəmir Yolları MMC-də baş verən korrupsiya halları ilə bağlı mətbuatda dərc olunan məlumatlardan sonra, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsələni diqqətə alaraq, Bakıdan Naxçıvana yoxlama heyəti göndərib. Məlumata görə, göndərilən heyətə nazir müavinlərindən biri rəhbərlik edir.

Redaksiyamıza daxil olan məlumatda o da qeyd edilir ki, Naxçıvan Dəmir Yolları MMC-nin rəhbəri Mahir Əliyev bir neçə gün öncə Bakıya çağırılıb. Görünür MR-nın dəmir yolu sistemini yaratmaz hala salmış Mahir Əliyev Bakıda ciddi məşhər ayağına çəkilib.

Eyni zamanda Bakıdan Naxçıvana yoxlama heyyətinin göndərilməsi ilə Naxçıvan Dəmir Yolları MMC-nin sabiq əməkdaşının Depo rəisi vəzifəsində işləmiş Ramin Mirzəyevin həbsi xəbəri eyni günə təsadüf edir.

Depo rəisi vəzifəsində işləmiş Ramin Mirzəyev istintaq müddətində Mahir Əliyevin və onun müavini Musa Əliyevin bütün hoqqabazlıqlarını açılmasında hüquq-mühafizə orqanlarına ciddi məlumatlar verməsi də istisna edilmir.

Əldə etdiyimiz məlumata görə, Mahir Əliyev və müavini Musa Əliyev Naxçıvan Dəmir Yolları MMC-nin Depo sahisi üzrə rəis olan Ramin Mirzəyevin bütün yeyinti faktlarını öz üzərinə almasın vaxıilə tələb edib.Amma adı çəkilən şəxs bu iki karrupsionerin əməllərini bildiyindən Naxçıvandan qaçıb.

Vətəninfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki