image-download-1backend

SON DƏQİQƏ : Naxçıvana  ayrılan dotasiya 31 milyon manat azaldıldı

image-reklam_sirab_01

Bu gün Milli Məclisin plenar iclasında 2023-cü ilin “dövlət büdcəsi” zərfinin ikinci oxunuşu zamanı Azərbaycan Respublikasının Maliyyə Naziri Samir Şərifov çıxışı zamanı büdcə zərfinin əlavə vəsaitlərlə artırılması məsələsinə toxunub. Vətəninfo.az xəbər verir ki, nazir bildirib ki,  hazırlanmış dövlət büdcəsində dəyişiklik edilməyəcək.

“Ancaq Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin Muxtar Respublikaya  ayrılan dotasiyanın 31 milyon manat azaldılmasını  təklif edib. Muxtar Respublikanın rəhbərliyi bunu digər gəlirlərinin olması ilə əlaqələndirib.  Bu təklif qəbul ediləcəyi təqdirdə büdcədə qalacaq 31 milyon manat digər işlərə yönləndiriləcək”- deyə Samir Şərifov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki