Vətəninfo.az xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, Rusiyaya məxsus pilotsuz təyyarə Qara dənizdə Panama bayrağı altında üzən Türkiyənin Misir, Türkiyə və Hindistandan olan doqquz heyət üzvünün olduğu VICTRESS yük gəmisini vurub.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir: “Çətin vəziyyət və yanğının daha da yayılması riski nəzərə alınmaqla, Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Qüvvələrinin motorlu qayıqlarının heyətləri quru yük gəmisinin heyətini təxliyə etmək üçün xilasetmə əməliyyatını uğurla həyata keçiriblər. Təəssüf ki, onlar arasında itkilər var”.


























