Vətəninfo.az-ın əldə etdiyi məlumata görə,Naxçıvan MR-sı Gömrük Komitəsinin ləğv olunması, Gömrük Komitəsinin yerində Naxçıvan Gömrük İdarəsinin yaradılması haqqında qərardan sonra, Naxçıvan MR-da mövcud olan üç Gömrük Keçid Məntəqəsi (GKM) müvəqqəti olaraq bağlanıb.
Məlumata görə, bu gün Naxçıvan MR-nın Culfa rayon ərazisindən Güney Azərbaycanın Culfa şəhəri ilə, Kəngərli rayon ərazisindəki Şahtaxtı, Güney Azərbaycanın Poldəşt şəhəri istiqamətində və Sədərək rayon ərazisindəki Sədərək “Ümid” Gömrük Keçid Məntəqəsindən Türkiyə Respublikasınən İğdır şəhəri arasındakında gediş-gəliş dayandırılıb.
Məlumata görə, GKM-nin bağlanması müvəqqəti xarakter daşıyır və müvafiq dəyişikliklər başa çatdıqdan sonra, sərhəd qapıları yenidən MR əhalisinin üzünə açılacaq.