image-zelzele_tekan-1backend

SON DƏQİQƏ: Türkiyədə 6,4 bal gücündə ZƏLZƏLƏ OLDU 

image-reklam_sirab_01

Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:04 radələrində 6,4 bal gücündə təkan qeydə alınıb.

Zəlzələnin episentri 16,74 km yerin dərinliyində, Defne rayonunda yerləşib.

Bunun ardınca 20:07 radələrində Samandağ rayonunda 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

Zəlzələnin Adanada da hiss olunduğu deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki