image-777backend

Son döyüşdə qənimət götürülən erməni texnikaları: 5 buldozer, 9 ekskavator, 3 “Kamaz”

image-reklam_sirab_01

Sərhəddəki son erməni təxribatının daha bir maraqlı detalı üzə çıxıb. Ermənistan tərəfindən Kəlbəcərdəki mövqelərimizə hücumun qarşısı alınan zaman düşmən təkcə canlı qüvvəsini deyil, həmçinin xeyli sayda texnikasını da ya itirib, ya qənimət kimi Azərbaycan Ordusunun əlinə keçməsinə imkan yaradıb.

Ermənistanda nəşr olunan “Fakt” qəzetinin yazdığına görə, sentyabrın 13-14-də başlayan hərbi əməliyyatlar zamanı Ermənistan Müdafiə Nazirliyinin sifarişi ilə iş görən bir sıra şirkətlər əmlak və texnika itkisinə məruz qalıb. Həmin məlumata görə, erməni hökuməti dəymiş ziyanın qarşılanması məqsədi ilə həmin şirkətlərə kompensasiya ödəyəcək. Bu barədə qərar isə bu gün verilib.

Qəzet yazır ki, Ermənistan Müdafiə Nazirliyinin sifarişi ilə yol tikintisi və mühəndislik işlərini yerinə yetirən şirkətlərin avtomobillərinin hərbi əməliyyatlar zonalarından çıxarılmasını təmin etmək mümkün olmayıb. Nəticədə, həmin texnikalar Azərbaycan Ordusu tərəfindən qənimət olaraq götürülüb. Belə ki, əməliyyatlar zamanı ermənilərin ərazilərimizdə qoyub, qaçdıqları texnikalar arasında 4 MMC-yə məxsus 5 buldozer, 9 ekskavator, 1-i özüboşaldan olmaqla 3 “Kamaz”, ümumilikdə isə 17 ədəd texnika olub. Atəş nətiəsində isə 1 ekskavator , 1 “Kamaz” və 1 avtokran sıradan çıxıb.jamaz

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki