Açıq Cəmiyyət Fondu, həmçinin Sorosun ofisi Ermənistandakı fəaliyyətini yanvarın 1-dən dayandırır. Vətəninfo.az xəbər verir ki, bu barədə fondun İrəvandakı nümayəndəliyindən bildiriblər.
“Rusiyanın təkidlərindən sonra fondun İrəvandakı nümayəndəliyi bağlanır.”
Bunu Açıq Cəmiyyət Fondunun nümayəndəsi Hovhannes İşxanyan bildirib.
“Rusiya qorxur. Kreml hesab edir ki, Corc Sorosun məqsədi külli miqdarda pul xərclədiyi ideyalar deyil, bu ideyalar vasitəsilə nəhayət Rusiya imperiyasını çökdürə bilməsidir. Nə qədər ki, Ermənistanda Rusiya hərbi bazası var,Qarabağda rus sülhməramlıları var, nəhayət, Vladimir Putin Rusiya Federasiyasının prezidenti olduğu müddətdə bu ərazidə demokratik təhzizatlara yer yoxdur”- deyə Hovhannes İşxanyan bildirib.