“Ermənistan Rusiyanın KTMT-də müttəfiqi və Transqafqazda mühüm strateji tərəfdaşıdır.” – Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşü zamanı bildirib.
“Biz regionda sabitliyin qorunub saxlanmasında son dərəcə maraqlıyıq və bunun üçün əlimizdən gələni edirik. Biz ikitərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və Ermənistan Silahlı Qüvvələrinin potensialının artırılmasına dəstək veririk”, – Şoyqu bildirib.
Şoyqu və Papikyan iki ölkənin müdafiə nazirliklərinin 2023-cü il üçün əməkdaşlıq planını da təsdiqləyiblər.