image-3backend

Soyuqbulaq qəsəbəsində əsaslı təmir olunan çoxmənzilli yaşayış binasında işlər yekunlaşmaq üzrədir -FOTOLAR

image-reklam_sirab_01

Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunda çoxmənzilli yaşayış binalarının təmir-bərpası və yenidən qurulması təbirləri çərçivəsində Soyuqbulaq qəsəbəsində yerləşən 2 mərtəbəli, 8 mənzilli yaşayış binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Ağstafa RİH başçısı Seymur Orucov rayonun bir sıra məsul şəxsləri ilə birlikdə binada həyata keçirilən yenidənqurma işlərini növbəti dəfə yerində nəzərdən keçirib. Təmir-tikinti işlərinə dair sakinlərinin təklif və müraciətləri qəbul olunub, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Əsaslı təmir işləri çərçivəsində binanın dam örtüyü yenidən qurulub, hər iki giriş bloku əsaslı təmir edilib. Binada mövcud taxta pəncərə blokları müasir tipli plastik pəncərə blokları ilə əvəz edilib. Eyni zamanda binanın fasad hissəsində suvaq işləri aparılaraq rəngləninbdir. Binanın perimetri boyunca sel-səkiləri quraşdırılıbdır.
Bina sakinləri Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq tədbirlərinə, o cümlədən onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki