image-fb_img_1677475740995backend

Stalinqrad da üz-üzə gələn azərbaycanlılar

image-reklam_sirab_01

İkinci dünya müharibəsi zamanı və ümmumiyyətlə müharibə tarixində baş vermiş ən genişmiqyaslı (təqribən 2.2 milyon şəxsi heyət) və ən qanlı (1.7 milyon nəfər ölü, yaralı və itkin) döyüşlərdən biri hesab olunan Stalinqrad döyüşü barədə çoxumuz bilirik. 23 avqust, 1942 – 2 fevral, 1943-cü illərdə baş verən bu döyüşün taleyinin həll edilməsində azərbaycanlıların rolunu danmaq olmaz. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayperlər dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmişdir. Təkcə 1600-dən artıq azərbaycanlı “Stalinqradın müdafıəsi uğrunda” medalı ilə təltif olunmuşdur. Çoxlarına sirr deyil ki, Verxmatın xarici hərbi bölüklərindən biri də Azərbaycan legionu idi. Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi. Legionerlərin ümumi sayının 36 mindən 65-70 minədək olduğu göstərilməkdədir. 1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin döyüş taburlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər. Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına göndərildi.
Maraqlı burası idi ki, Stalinqradın müdaifəsi zamanı küçə, məhəllədə döyuşlər gedirdi. Tədqiqatçı Christopher Ailsby, Wladyslaw Anders və bu sahədə ciddi tədqiqatları olan Antonio J. Muñoz əsərlərində qeyd edirlər ki, iki əks cəhbədə xidmət edən azərbaycanlılar Stalinqrada üz-üzə gəlirlər. Alman ordusunda xidmət edən azərbaycanlılar onlara qarşı Azərbaycanlılardan ibarət bölüyün olduğunu bilirdilər. Alman zabitlərinin əmrlərinə baxmayaraq Vermaxtın əsgərləri olan azərbaycanlılar öz soydaşlarına güllə atmaq istəmirdilər. Əmrə tabe olmadıqlarına görə alman zabitləri azərbaycanlı əsgərləri güllələmişdilər. Buna baxmayaraq sona qədər öz qardaşlarına güllə atmaq istəməyən Vermaxtın zabitləri sonda azərbaycanlı diviziyanı Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarına göndərdi. Bu diviziyanın geri çəkilməsi isə bir neçə əsas starteji yerlərin sovetlərin əlinə keçməsinə səbəb oldu ki, II dünya müharibəsinin taleyinə ciddi təsir etdi. Stalinqrad sovetlər tərəfindən azad edilir..

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki