image-2-9backend

Stanislav Tarasov: “Soçidə bir çox məsələlər razılaşdırılıb”

image-reklam_sirab_01

“Laçın dəhlizindəki vəziyyət Moskvada böyük narahatlıq və ehtiyatlılıq yaradır”. Vətəninfo.az xəbər verir ki, bunu rus ekspert Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, eyni zamanda, vəziyyət savadlı diaqnoz tələb edir və əslində nə baş verdiyini və niyə münaqişə tərəflərinin başqa cür deyil, bu cür davrandığını anlamaq lazımdır. “Biz, bir sıra rusiyalı analitiklər vəziyyəti dördbucaqlı formatda nəzərdən keçiririk: Moskva-Bakı-İrəvan-Brüssel. Moskva həmişə episentrdədir. Münaqişə zonasında kritik vəziyyətlər yaranır və hamı Moskvaya üz tutur. Paşinyan Putinlə əlaqə saxlayır, Putin isə Əliyevə zəng edir və s. Məsələ burasındadır ki, bu yaxınlarda Soçidə liderlər səviyyəsində görüş oldu. Deyəsən, bir çox məsələlərlə bağlı müzakirələr, razılaşma olub. Amma bu hərəkətlər məntiqsiz xarakter daşıyır. Və hələ heç kim dördtərəfli formatdan əl çəkməyib. Əgər İrəvan Brüssel platformasından əl çəkməyibsə və Qərblə fəal dialoq aparırsa, bu erməni diplomatiyasının taktikasıdır. Bəs, niyə Bakıya təsir etmək üçün Brüssel və Parisə çağırışlar etmir? Ermənistanın istifadə etmədiyi rıçaqlar var”.

Tarasovun sözlərinə görə, hansısa əməliyyat sxemi var. “Kimsə öz məqsədlərinə çatmaq üçün kimisə zəlzələnin episentrinə sürükləməyə çalışır. Düşünürəm ki, Bakı İrəvana güc tətbiq etmək istəyir ki, sonuncu Azərbaycanın istədiyi şərtlərlə Sülh Müqaviləsini imzalamağa razı olsun. Ermənistan da öz növbəsində Rusiyaya üz tutur. Burada bütöv bir sistemli problem var”.

Rusiya sülhməramlılarına gəlincə, o qeyd edib ki, sülhməramlılar 10 noyabr razılaşmasına görə, Qarabağdadır. “Rusiya sülhməramlılarının statusu məsələsini məhz Rusiya tərəfi qaldırıb: onların səlahiyyətləri, yerləşdirilmə coğrafiyası, sərhəddə yerləşmə və s. Müqavilədə bunların heç biri əksini tapmayıb. Rusiya tərəfi istisna olmaqla, sülhməramlıların statusu məsələsi heç bir ölkə tərəfindən qaldırılmır və toxunulmur. Sülhməramlılarımız çətin vəziyyətdə qalıblar. Yəni onların səlahiyyətləri, öhdəlikləri, Moskvadan aldıqları göstərişlər, Bakı ilə İrəvanın bu səlahiyyətlərlə bağlı fikirləri üst-üstə düşmür. Biz episentrdəyik. Bakıda, İrəvanda bizi tənqid edirlər və vəziyyət mürəkkəbdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki