image-serbbackend

Stevica Decanski: “Azərbaycan indi Avropa üçün çox dəyərlidir”

image-reklam_sirab_01

“Azərbaycan indi Avropa üçün çox dəyərlidir. İndi bütün Avropa Azərbaycana mühüm tərəfdaş  ölkə kimi yanaşır.  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Belqrada gəlməsi Serbiya rəhbərliyinin illərdir yaxşı siyasət yürütdüyünü göstərir. Ölkə rəhbərliyi  bu ölkə ilə yaxşı münasibətlər qurmaqla yanaşı, onlar həm də dostluq ənənlərinə sadiqdirlər”.

Vətəninfo.az xəbər verir ki,bu sözləri  Serbiyada Beynəlxalq Əməkdaşlığın İnkişafı Mərkəzinin prezidenti Stevica Decanski bildirib. Mərkəzin rəhbəri vurğulayıb ki, bu gün Serbiyanın qaz və elektrik enerjisi baxımından bu qışa hazır olduğunu, Azərbaycanla əməkdaşlığın Prezident İlham Əliyevin səfəri zamanı da təsdiqləndiyini bildirib: “Belqrad, gələcək üçün bütün addımları atıb, yəni gələn il qışa qədər vəziyyəti yüngülləşdirəcək”.

Stevica Decanski qeyd edib  ki, Serbiyanın  üç aya yaxın qaz ehtiyatları var, lakin problem gələn qışdır. Bu problemi həll etmək üçün  bir neçə fərqli tədarük marşrutunun olması vacibdir. Sözsüz əsas tərəfdaş Azərbaycandır və bizim məqsədimiz  dostumuzdan   qaz almaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki