Vətəninfo.az Britaniyanın “The Sun” nəşrinə istinadən xəbər verir ki, Şotlandiyanın “Qlazqo Reyncers” və İngiltərənin “Aston Villa” klublarının sabiq baş məşqçisi Stiven Cerrard Polşa millisinin baş məşqçisi ola bilər.Polşa Futbol Assosiasiyası hazırda 42 yaşlı ingilis mütəxəssislə danışıqlar aparır.
Dünya çempionatından sonra 2022-ci ilə qədər komandaya rəhbərlik edən Çeslav Miçneviç Polşanın baş məşqçisi postunu tərk edib. Dünya çempionatında Polşa yığması 1/8 finala yüksəlib və Fransa komandasına 1:3 hesabı ilə uduzub.