image-default-1backend

Stoltenberq Beynəlxalq Valyuta Fondunun rəhbəri ola bilər

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri ola bilər.

 Stoltenberqin yeni vəzifəyə təyinatı onun alyans rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra, yəni 2023-cü il oktyabrın 1-dək baş tuta bilər.

Bundan əvvəl Yens Stoltenberq Şimali Atlantika Alyansının rəhbəri kimi mandatını uzatmaq barədə hələ düşünmədiyini bildirib.

Stoltenberqin sözlərinə görə, o, hazırda bütün diqqətini cari vəzifəsinə yönəldib.

Eyni zamanda, 2014-cü il oktyabrın 1-dən NATO-nun baş katibi postunu tutan Stoltenberq əmindir ki, alyans ölkələri onun yerinə layiqli əvəzləyici tapa biləcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki